Search
36063

Dövlət satınalmaları sahəsində səmərəliliyin yüksəldilməsi üçün maarifləndirmə davam edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan 120-dək mütəxəssisi üçün təlim kursları keçirilib.

Təlim kurslarında dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir