Search
The-Dollar-Today

Dolların məzənnəsi düşüb

Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsini getdikcə azaltması Amerika valyutasının alış qiymətinin 1,5 manatdan aşağı düşməsi ilə nəticələnib. Hazırda 2 bankda – “Bank Respublika” və “Unibank”da dollar müvafiq olaraq 1,497 və 1,4978 manata alınır. Bu, Azərbaycanda ötən ilin dekabr ayında baş vermiş devalvasiyadan sonra ən aşağı alış qiymətidir.

Bu il, fevralın 24-də AMB dolların rəsmi məzənnəsini 1,5593 manat müəyyən edib. Bu banklara 4%-lik marjaya uyğun olaraq dollar 1,497 m anata almağa imkan versə də, həmin gün qiymət 1,5-dən aşağı düşməmişdi. “Yapı Kredi Bank”dan dollar satmaq istəyənlərə 1.5 manat qiymət təklif edilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir