Search
DOLLAR_2560510f

Dolları hansı bankda dəyişək

Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Xalq Bank”, “PAŞA Bank” və “Rabitəbank”dır. Bu banklarda Amerika valyutası 1,5 manata alınır. Dolları ən aşağı qiymətə alan bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır. Bu bankda alış qiyməti 1,4636 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Bank BTB” və “Bank Silk Vey”dədir. Bu bank dolları 1,52 manata satır. Dolları ən yüksək qiymətlə satan bank isə “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bankda satış qiyməti 1,5747 manatdır.

Avronu ən baha alan banklar “Parabank”, “Dekabank” və “Azərpoçt”dur – 1,69 manata. Avronun ən ucuz götürüldüyü bank isə “Azərbaycan Beynəlxalq Bankı”dır – 1,6434 manata. Avronu ən ucuz “Bank Silk Vey” və “Expressbank” satır – 1,725 manata. Avronun ən baha satıldığı bank isə “Bank Avrasiya”dır – 1,794 manata.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir