Search
An employee of a money changer counts U.S. dollar notes for a customer at a bank in Cairo December 31, 2013. REUTERS/Stringer

“Dolları banklar ucuzlaşdırır”

Dolların ucuzlaşması bankların marağındadır.

Adının açıqlanmasını istəməyən bir mənbənin “Marja”ya bildirdiyi iddiasına görə, banklar bilərəkdən hərracdan dollar almayaraq və ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar.

“Banklar hərraca az sifariş təqdim etməklə qarşıdakı günlərdə küllü miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdırlar. Dolları 1.60 əvəzinə 1,50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir”,- mənbə bildirib.

ƏHALİNİN  BANKLARDA TƏXMİNƏN 5 MİLYARD DOLLARI VAR

Mərkəzi Bankın məlumatına görə, yanvarın sonuna, banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub.

Artıq yeni şərtlərə görə, banklara 3%-dərəcəsindən yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfindən sığortalanmır. Milli valyutada, 12%-ədək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklarda dollardakı vəsaitlərini çıxardaraq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdıra bilər.

Mənbə: Marja

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir