Generated by  IJG JPEG Library

Dollar satmayan bankların sayı 4-ə düşüb

Bu gün oktyabrın 25-də daha 1 bank dollar satışına limit tətbiq etməyə  başlayıb. Bu gün “Accessbank” 1000 dollara qədər valyuta satıb.

Dünən valyuta satışını dayan dıran “Azər-Türk bank” bu gün satışı bərpa edib.

Pakistan Milli Bankının Bakı filialı isə bu gün də xarici valyuta satışından imtina edib. Amma bank rəsmiləri  dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, ötən həftənin son iş günü “Ekspresbank”  dollar satışını dayandırmışdı. Artıq dünəndən bu bank 500  dollarlıq limitlə valyuta satışını bərpa edib.

Bundan başqa “Bank VTB (Azərbaycan)”  və “Naxçıvanbank” dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dallarlıq limitlə satır.

“Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.

fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir