Search
dollar

Dollar niyə ucuzlaşır?

Çərşənbə axşamı beynəlxalq valyuta birjalarında dollar sürətlə ucuzlaşmağa başladı. Dolların dəyər itirməsinə səbəb isə, FED-in mart ayının 16-da faiz dərəcələrini qaldıracağı gözləntilərinin getdikcə azalmasıdır. Faiz dərəcəsi qərarında inflyasiya səviyyəsi önəmli rol oynayır və fevral ayının 19-da yanvar ayının inflyasiya göstərici üzrə 0.1%-lik azalma proqnozlaşdırılır.

FED-in faiz qərarında işsizlik və inflyasiya göstəricilərinin önəmliyi. 

 FOMC (ABŞ-ın Federal Açıq Bazar Əməliyyatları Komitəsi) üzvləri faiz dərəcələrinin ölkə iqtisadiyyatına uyğunlaşdırılmasını vacib hesab edirlər, yəni FED faiz qərarında ölkə iqtisadiyyatının müəyyən səviyyəyə çatmasını gözləyir. Bu məqsədlə, qərar verilərkən ölkənin inflyasiya və işsizlik göstəriciləri yaxından izlənilir.
 Sonuncu açıqlanan məlumatlara görə, yanvar ayında ABŞ-ın işsizlik səviyyəsi 5%-dən 4.9%-ə kimi azalsa da, FED üzvləri tez-tez ucuzlaşan neft qiymətləri fonunda, inflyasiya səviyyəsi mövzusunda narahat olduqlarını bildirirlər.invest.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir