Search
Close Up of a Hundred Dollar Bill

Dollar FED-in qərarından sonra 4 ilin ən pis eniş dövründə

Dollar, FED-in faiz artırmaqda daha təmkinli olması ilə bağlı olaraq ucuzlaşmaqda davam edir. ABŞ valyutası dörd ildən uzun müddətin ən güclü üç həftəlik dəyər itkisini verir.

Dolların 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən Bloomberg Dollar İndeksi, Çərşənbə günü FED səlahiyyətlilərinin bu il üçün faiz artırımı proqnozunu dörddən ikiyə salmasının ardından aşağı düşür və səkkiz ayın ən aşağı səviyyəsinə enib.

“FED-in faizi artırmaması və 2016-cı ildə faiz artımlarını üçün proqnozlarını aşağı salması dolları açıq bir şəkildə yaralayıb,”,- deyə analitiklər bildirirlər.

Bloomberg Dollar Spot İndeksi 1183.44 punkta düşüb. İndeks dünən 1.1% düşmüşdü. Bloombergin Dollar İndeksi 26 Fevraldan bu yana 3.9% geriləyib və Oktyabr 2011-dən bu yana ən güçlü üç həftəlik itkisinə yönəlib. Dollar G-10 ölkələrinin pul vahidlərinin hamısının qarşısında 11 Martdan bu yana ən azı 0.6% geriləyib.

Avro/dollar məzənnəsi isə 1.13-ü görüb (Dollar avro qarşısında ucuzlaşıb).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir