Search
13000187_10153727163548392_6348227504498693771_n

Depozit kampaniyasından yararlanmaq üçün son 1 həftə

DəmirBank-ın dollar əmanətləri üzrə həyata keçirdiyi kampaniyanın bitməsinə 1 həftə qaldı. Kampaniya çərçivəsində DəmirBank-ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7%-lə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olaraq plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7% gəlir gətirir.

Kampaniya əmanətlərin sığortalanması fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür.

Kampaniya barədə qısa və maraqlı animasiya çarxını nəzərinizə çatdırırıq: https://www.youtube.com/watch?v=NXRkbpodr0M

Qeyd olunmuş kampaniya 10 may 2016-cı il tarixinədək davam edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir