Search
demirbank-logo-yeni_07102010

DəmirBank saytında BillPay on-layn ödənişləri üzrə qaliblər müəyyən olunub

DəmirBank-ın saytından BillPay on-layn ödənişləri üzrə lotereya keçirilib. Qaliblərə e-mail ilə nəticələr barədə məlumat verilib.

Şərtlərə görə BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak ediblər. Ümumilikdə lotereyada 1 ədəd mininot, 1 ədəd ətçəkən və 1 ədəd şirəçəkən maşın oynanılıb.

Qeyd edək ki, ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edir. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edib. Belə ki, mininot üçün 1500, ətçəkən üçün 400, şirəçəkən üçün isə 200 bonus xalı tələb olunurdu.

Plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.azinternet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin on-layn ödənişini həyata keçirə bilər.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir