Search
demir bank

“DəmirBank” plastik kart sahiblərinə yeni “3D Secure” xidmətini təqdim etmişdir

“DəmirBank” internet vasitəsilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşını almaq məqsədilə plastik kart istifadəçilərinə yeni “3D Secure” xidmətini təqdim etmişdir. Bu xidmət həm “VISA”, həm də “MasterCard” plastik kartlarına aid olunur.
Bankdan kreditxəbərə  bildirmişlər ki, bankın plastik kart sahibləri “MilliKart”ın internet saytında (http://millikart.az/index.php?option=com_content&view=article&id=87&Itemid=424&lang=aze) plastik kartın tələb olunan göstəricilərini (16 rəqəmli şifrə və etibarlıq müddəti) qeyd etməklə, qeydiyyatdan keçməlidirlər. “3D Secure” şifrəsi müştəriyə SMS vasitəsilə göndərilir.
“DəmirBank” “MasterCard International” (1998-ci ildən) və “VISA International” (2005-ci ildən) beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bu kartlarla dünyanın 200-dək ölkəsində nağd pul çıxartmaq, ticarət-xidmət mərkəzlərində və internet şəbəkəsində nağdsız ödənişlər etmək mümkündür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir