Search
Deka Bank

“Dekabank” ASC-nin, nizamnamə kapitalı 52,767 milyon manatadək artacaq.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Dekabank” ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bu çərçivədə səhmlərin nominalının 2,2 dəfə artırılması planlaşdırılır.

Emissiyanın yerləşdirilməsi 1100 manat nominallı 47 970 səhmin 500 manat nominallı eyni həcmdə səhmlərə konvertasiyası yolu ilə aparılacaq. Bununla da şirkətin nizamnamə kapitalı 23,985 milyon manatdan 52,767 milyon manatadək artacaq.

Cari il sentyabrın 1-nə olan məlumata görə, bankın məcmu kapitalı 17 377,98 min manat, aktivləri isə 53 492,92 min manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir