302437955

Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib

Noyabrın 16-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Daşkəsəndə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Ekoloji təmiz kənd təsərrüfatının inkişafı”, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları” mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar.

Bununla yanaşı, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir