989957_489173

Daha iki bank valyuta alışını dayandırdı

Azərbaycanda fəaliyyət göstərən banklardan daha ikisi xarici valyutanı almağı dayandırıb.
Bu gün “AFB bank” və “Atabank” dollar almaqdan imtina edib. Banklardan verilən məlumata əsasən, valyuta mübadiləsi əməliyyatları dayandırılıb.
Artıq uzun müddətdir valyuta satmayan “AFB Bank” alışı da dayandırıb. Bu, bankın valyuta mübadiləsi lisensiysının ləğvi ilə bağlıdır.
“Atabank”dan isə bildiriblər ki, dolların alışı kassanın vəziyyətindən asılıdır.
Xatırladaq ki, bundan əvvəl “Amrahbank” və “Dəmirbank” valyuta alışını dayandırmışdı. “Dəmirbank” sonradan əməliyyatları bərpa etsə də “Amrahbank”da problem qalmaqdadır. İndi bu bankdan valyuta almaq və ya satmaq üçün hesab açmaq lazımdır.

 

FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir