Search
2e8f30963a7d0fc7c7468f672c10c175_XL

“DəmirBank” nizamnamə kapitalını 50 milyon artırır

DəmirBank ASC-nin nizamnamə kapitalı 50 000 000 manat artırılacaqdır.

Bununla bağlı qərar DəmirBank-ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub.

Səhmdarların qərarı ilə Bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.

Əlavə səhm emissiyası nəticəsində Dəmirbank-ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çeriləcəkdir.

Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, kapitalın artımı DəmirBank-ın uzunmüddətli dayanıqlılığı və stratetji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq Bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaqdır.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir