Photo4

DəmirBank və ADA Universiteti arasında əməkdaşlıq davam etdirilir

Photo3DəmirBank əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu yüksəltmək məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir. Belə ki, Bank əməkdaşlarına mütəmadi olaraq müxtəlif xarici ölkələrin tanınmış təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da gerçəkləşdirir.

Photo1DəmirBank-ın ADA Universiteti ilə həyata keçirdiyi “Menecment Bacarıqlarının İnkişafı Proqramı” çərçivəsində Bankın filial və şöbə müdirləri, menecerləri üçün “İdarəetmə və Liderlik Bacarıqlarının İnkişafı” mövzusunda təlim layihəsi də belə uğurlu layihələrdəndir. Universitetin yüksək ixtisaslı ekspertləri – Şəmsiyyə Mustafayeva, Rəşad Bayramov, Lalə Abdurəhmanova və Ramiz Məmmədli kimi peşəkar təlimçilər tərəfindən təlim sessiyaları interaktiv müzakirələr formasında keçirilmiş və təlim müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik və idarəetmə sahəsində bacarıqlarını təkmilləşdirmişlər. 11-13 noyabr tarixlərində həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, işçilərin və komandanın idarə edilməsi, dəyişikliyin idarə edilməsi, münaqişələrin idarə edilməsi, effektiv ünsiyyət və maraqlı tərəflərlə işin qurulması kimi mövzuları əhatə etmişdir.

Photo2Təlim iştirakçılarına sertifikatların təqdimat mərasimində ADA Universitetinin İxtisasartırma Proqramları üzrə Prorektor müavini Aygün Hacıyeva çıxış edərək tərəflər arasında mütəmadi əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. Tədbirdə Dəmir Bank-ın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı, filial və şöbə müdirlərinin, menecerlərin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirərək, heyətin digər üzvlərinin də müxtəlif təlim sessiyalarında iştirakının gözlənildiyini və işçilərin belə məhsuldar proqramlardan bəhrələnərək öz  karyeralarında daha yüksək uğur qazanacaqlarından əmin olduğunu bildirmişdir.

Mərasimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkli çəkdirilmişdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 www.demirbank.az

www.facebook.com/demirbank.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir