Search
1439382876_cin_yuan

Çin milli valyutasının zəifləməsi davam edir

Çin milli valyutası – yuanın ABŞ dolları qarşısında ötən ilin avqustundan başlanan zəifləmə prosesi davam edir.

Çin Xarici Valyuta Ticarəti Sistemi hazırda 1 ABŞ dollarının məzənnəsini 6,7 yuan səviyyəsində göstərir. Bu səviyyə sonuncu dəfə 2010-cu ilin noyabrında müşahidə olunub.

Qeyd edək ki, bir neçə il ABŞ dolları qarşısında möhkəmlənən yuanın məzənnəsi ötən ilin avqustundan (1 dollar = 6,2 yuan) zəifləməyə başlayıb.

Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir