Search
Caspian_Development_Bank201(1)

“CDB Bank”a yeni rəhbərlik gələcək

Azərbaycan banklarından birinin Müşahidə Şurasına (MŞ) yeni sədr təyin ediləcək. Söhbət “Caspian Development Bank”dan gedir. Məsələ ondadır ki, bu bankın MŞ-nın rəhbəri İbrahim Alışov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru təyin edilib. Buna görə də, “Caspian Development Bank”da yeni sədr təyin etmək zərurəti yaranıb. Bankdan verilən məlumata görə, bu məsələ yaxın günlərdə öz həllini tapacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir