Search
photo_20348

Bu il Azərbaycanda yenidən quraqlıq müşahidə olunacaq

Bu il Azərbaycanda yenidən quraqlıq müşahidə olunacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Son 7-8 ildə qlobal iqlim istiləşmələri səbəbindən Azərbaycanda hər il quraqlığın müşahidə olunduğunu deyən M.Həsənovun sözlərinə görə, ölkədə quraqlıq adətən iyulun III ongünlüyündən avqustun I ongünlüyünədək olan müddətdə müşahidə edilir.

M.Həsənov bildirib ki, ötən il iyulun 20-dən avqustun 25-dək ölkədə quraqlıq müşahidə edilmişdi. Bu il quraqlığın müşahidə ediləcəyi gözlənilsə də, onun intensivliyi ötənilki kimi olmayacaq.

Alim qeyd edib ki, bu il qurağlığın iyulun 20-dək avqustun 5-dək olan müddətdə olacağı gözlənilir. Quraqlıq Kür-Araz ovalığında – Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcək.

Bu il yayda Azərbaycanda havanın temperaturunun ötən illərlə müqayisədə 1-2 dərəcə yüksək olacağını deyən M.Həsənov əlavə edib ki, cari il quraqlığın müşahidə olunması bitkilərin inkişaf fazasını ləngidəcək, əsasən pambığın, bostan bitkilərinin məhsuldarlığını azalacaq.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir