Search
Merkezi_bank490

Bu gecə bankomatların çoxu işləməyəcək

AzeriCard sistemində yeniləşmə işləri ilə əlaqədar 9 apreldən 10 aprelə keçən gecə prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 05:00-a qədər dayandırılacaq.

AzeriKard Azərbaycanda MasterCard, Visa, American Express və Diners Club Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda AzeriKard Azərbaycanda, eləcə də onun hüdudları kənarında 30 banka prossesinq xidməti göstərir, onlardan 28-i Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

Bu gün AzeriKard sistemində 2 000 000 bank kartlarına, 1 500 bankomat və 30 000-ə yaxın elektron terminallarına xidmət göstərilir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir