Search
manatlar

Bu BOKT manatla kreditləri bərpa etdi

“TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) təxminən yarım illik fasilədən sonra manatla kreditlərin verilməsini bərpa edib. Bu barədə BOKT-dan bildirilib.

Məlumata görə, milli valyutada kreditlər maksimum 15 min manat olmaqla, 36 ay müddətinə ayrılır. Lakin kreditlərin illik faiz dərəcəsində nəzərə çarpacaq artım var.

Əgər əvvəllər “TBC Kredit”dən illik 26-27%-lə borc almaq mümkün idisə, hazırda illik faiz dərəcələri 32-48% arasında dəyişir. Faizlər məbləğdən asılı olaraq müəyyən edilir.

Belə ki, məbləğ artdıqca faiz dərəcəsi azalır. Məsələn, 15 min manata qədər kredit götürənlər üçün illik faiz 24-32%, 1 min manat kredit götürənlər üçün isə 48%-dir.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 10 mln. ABŞ dollarıdır. “TBC Kredit”in səhmlərinin 75%-i Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a, 25%-i isə ABŞ-ın “Enclude Holding”inə (sabiq “ShoreBank International”) məxsusdur.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir