Search
Lider-motivasiya

Böyük uğur qazanan “Böyük insanlar”

Hər hansı bir işdə uğur qazanmaq istəyirsinizsə, ona başlamazdan əvvəl  həyatda uğur qazanmış insanların maraqlı həyat hekəyələrini oxumaqla motivasiyanızı yüksəldə bilərsiniz.

Müəyyən bir işdə uğur qazanmaq istəyən insanlar adətən ilk növbədə nəticə barəsində düşünür , lakin uğura gedən yolda qarşılarına çıxacaq olan çətinliklər barəsində  düşünmək istəmirlər. Elə məhz buna görə də qarşılarına çıxan ilk maneədə  öz arzularından imtina edirlər. Bəli, bəzən uğura gedən yol təsəvvür etmədiyimiz qədər çətin ola bilər.  Lakin həyatda uğur qazanmış insanların həyat hekayələrinə nəzər saldıqda görürük ki, ən böyük uğurlara imza atmış şəxslər öz məqsədlərinə çatmaq yolunda  saysız-hesabsız maneələrlə rastlaşmışlar.

 

Soişiro Honda

Soişiro Honda  Dünyanın ən məşhur avtomobil şirkətlərindən biri hesab olunan “Honda”nın təsisçisidir.

S.Honda bir gün Toyota şirkətində işləmək üçün müraciət edir və onu müsahibəyə çağırırlar. Lakin o, bu müsahibədən uğurla keçə bilmir və ona bildirirlər ki, o, bu iş üçün uyğun deyil. Bu hadisədən sonra o, heç də ruhdan düşmür və qərara alır ki, Toyota ilə rəqabətə girə biləcək bir şirkət yaratsın və “Honda” avtomobil şirkətini qurur.

Bu hekayədən gəldiyimiz nəticə budur ki, uğura gedən yolda heç vaxt təslim olmamalısan.

Tomas Edison

Tomas Edisonun həyat hekayəsi yəqin ki, nə vaxtsa uğursuzluğa düçar olanlar içərisində ən maraqlısıdır. Elektrik lampasını kəşf edənə qədər, bəlkə də, 100 dəfə cəhd göstərmiş, yalnız 101-ci cəhdə uğur qazana bilmişdir. Ondan soruşanda ki, hər dəfə uğursuz cəhddən sonra necə davam edə bilirdiniz, sualına cavab olaraq T.Edison bildirmişdir: “ Hər dəfə etdiyim cəhd  işə yaramayanda mən elektrik lampasının kəşfi üçün yeni bir işə yaramayan yol tapırdım”.

Bil Qeyts

Hər kəsin bildiyi kimi, Bil Qeyts  hal-hazırda yaşadığımız dövrün ən qabaqcıl şəxslərindən biri, bununla yanaşı, Microsoft şirkətinin qurucusudur. Lakin siz bilirdinizmi ki, onun qrafik interfeys və maus-dan ibarət komputer yaratmaq ideyası dövrünün mühim şirkətlərindən birinə təqdim olunarkən rədd edilmişdir? Hətta bəzi insanlar bildirirlər ki, bu böyük layihənin kağızlarını onun üzünə çırpıblar. Ancaq bununla belə, o, bu gün Bil Qeytsdir.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir