Search

Bolkart haqqında bilmədiyimiz suallara cavablar.

Bolkartı haradan almaq olar?

Bolkartı “Bank of Baku”-nun Bakı, Xırdalan, Sumqayıt, Şəki, Lənkəran, Gəncə, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərən filiallarından əldə etmək olar.

Bolkartı kimlər ala bilər?

Bolkartı ali məktəb tələbələri, “Bank of Baku”-da əmanəti olan şəxslər, Biznes kreditləri üzrə Bankla əməkdaşlıq edən şəxslər, dövlət və özəl müəssisələrinin əməkdaşları, “Bank of Baku”-da müsbət kredit tarixçəsinə malik müştərilər, həmçinin Bank of Baku-nun filialları yerləşən şəhərlərdə qeydiyyatda olan istənilən şəxslər ala bilərlər.

Bankda kreditim varsa Bolkart əldə edə bilərəmmi?

Bəli, ala bilərsiniz. Ətraflı məlumatı 145 Məlumat Mərkəzindən, saytda fəaliyyət göstərən onlayn məsləhətçi xidmətindən və yaxud da www.facebook.com/bolkart səhifəsindən əldə edə bilərsiniz.

Bolkartın məbləğ limiti nəyə əsasən təyin edilir?

Bolkart limiti ərizəçinin aid olduğu seqment qrupuna müvafiq olaraq təyin edilir.

Misal üçün: ali məktəb tələbələrinə 500 AZN məbləğində, bankda əmanəti olan müştərilərə 1000 AZN-dək Bolkart rəsmiləşdirilə bilər. Dövlət və özəl müəssisələrdə çalışan yeni müştərilər, həmçinin təqaüdçülər üzrə məbləğ müvafiq olaraq müştərinin aylıq əmək haqqına (maks. 3 misli) və ya təqaüdə (maks. 2 misli) əsasən, bankın təkrar müştəriləri üçün isə məbləğ bankdakı kredit tarixçəsinə əsasən təyin edilir və maksimum məbləğ 5000 AZN-dən artıq təşkil edə bilməz.

Bolkartın məbləğini sonradan artıra və ya azalda bilərəmmi?

Bəli, hər iki əməliyyat mümkündür.

Bolkart üzrə limit bankla kredit sahəsində ən azı 6 ay əməkdaşlıq edən və ödənişləri qənaətbəxş olan (daxili qaydalara əsasən müsbət və ya hədəf kredit tarixçəli) müştərilər üzrə artırıla bilər. Bolkart üzrə limit Bolkart əldə edildikdən min. 3 ay sonra arıtırıla, həmçinin limit artırımı əməliyyatı 3 aydan az olmayan dövrdə təkrarlana bilər. Bolkart üzrə məbləğin artırılması limitin təyin edilməsinə müvafiq aparılır.

Bolkartın məbləğinin azaldılması üçün məhdudiyyət yoxdur, sadəcə olaraq limit qalıq borc məbləğinə qədər azaldıla bilər (azaltmadan sonra limit 300 AZN-dən az olmamaq şərti ilə)

Nəyə görə bəzi ticarət obyektlərində Bolkartla alış-veriş edərkən, qiymətlərdə fərqlər olur?

Bank öz xərclərini qarşılamaq və gəlir əldə etmək üçün ticarət obyektlərindən hər əməliyyata görə komissiya əldə edir. Bəzi ticarət obyektlərinin gəlirlilik marjası aşağıdır, bu isə öz növbəsində xidmət və ya məhsulun nağd satış qiyməti ilə Bolkartla satış qiyməti arasında fərq yaranmasına səbəb olur.

Kartın müddətinin bitməsinə nə qədər qalmış kartdan istifadə etmək olar?

Kartda qeyd olunan son istifadə gününə qədər kartdan istifadə etmək olar. Kartdan nə zaman istifadə etməyinizdən asılı olmayaraq, təyinatı üzrə ödənişlər həyata keçirilir.
Misal: kartın müddətinin bitməsinə 1 ay qalmış kartdan istifadə etmisiniz. Buna baxmayaraq istifadə olunan məbləğ təyinatı üzrə, 12 aya qədər ödənilə bilər.

Bolkart üzrə borc öhdəliklərim necə yaranır və öhdəliklərimi vaxtında yerinə yetirmədiyimdə nə baş verir?

Bolkart üzrə borc öhdəliyi hər bir əməliyyat üzrə ayrılıqda yaranır.

“İndi al 1 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və ya xidmətlərin dəyərini növbəti ayın 10-na qədər ödəməsəniz, hər ayın 11-dən etibarən qalıq borc məbləğinə müqavilədə göstərilən həcmdə əlavə komissiya hesablanır və hesablanmış komissiya növbəti ayın 10-na qədər tam ödənilməlidir. Bu zaman Sizin bankdakı kredit tarixçəniz korlanmır və kartın bitmə müddəti, üstəgəl 12 ay ərzində Siz borc öhdəliyinizi bağlamalısınız.

“İndi al 3 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri hər ayın 10-na qədər bərabər hissələrlə ödənilmək şərtilə növbəti 3 ay ərzində tam ödənilməlidir (istifadə edilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/3=100 AZN ödəmək kifayətdir). Əgər kartınızın müddəti bu imkandan istifadə etdikdən sonra 3 aydan tez bitərsə, bu halda istifadə edilmiş məbləği qrafikə uyğun olaraq ödəyə bilərsiniz və kartın müddətinin bitməsinə görə borcunuzu da vaxtından əvvəl bağlamağa ehtiyac yoxdur. Hər istifadə edilmiş məbləğə görə 3 ay ərzində ödənişlər vaxtında yerinə yetirilərsə, Siz heç bir əlavə haqq ödəmirsiniz.

“İndi al 6 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri hər ayın 10-na qədər bərabər hissələrlə ödənilmək şərtilə növbəti 6 ay ərzində tam ödənilməlidir (istifadə edilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/6=50 AZN ödəmək kifayətdir). Əgər kartınızın müddəti bu imkandan istifadə etdikdən sonra 6 aydan tez bitərsə, bu halda istifadə edilmiş məbləği qrafikə uyğun olaraq ödəyə bilərsiniz və kartın müddətinin bitməsinə görə borcunuzu da vaxtından əvvəl bağlamağa ehtiyac yoxdur. Hər istifadə edilmiş məbləğə görə 6 ay ərzində ödənişlər vaxtında yerinə yetirilərsə, Siz heç bir əlavə haqq ödəmirsiniz.

”İndi al 12 aya ödə” imkanı ilə əldə etdiyiniz məhsul və xidmətlərin dəyəri hər ayın 10-na qədər bərabər hissələrlə ödənilmək şərtilə növbəti 12 ay ərzində tam ödənilməlidir (istifadə etdilmiş məbləğ 300 AZN olduqda, hər ay 300/12=25 AZN ödəmək kifayətdir). Əvvəlki imkanlarda olduğu kimi, kartınızın müddəti bitdikdə belə borcun vaxtından əvvəl bağlanmasına zərurət yoxdur. Hər istifadə edilmiş məbləğə görə Siz heç bir əlavə haqq ödəmirsiniz, sadəcə ödənişlərin vaxtlı-vaxtında edilməsi kifayətdir. Misal: Kartınızın müddəti 2 aydan sonra bitir, lakin Siz 252 AZN məbləğində məhsul əldə edirsiniz. Bu zaman Siz növbəti ayın 10-dan başlayaraq 12 ay ərzində hər ay 21 AZN ödəyirsiniz və bununla borcu tam bağlamış olursunuz (21*12 ay=252).

Hər bir halda, borc öhdəliklərini vaxtında yerinə yetirmədiyinizdə gecikdirilən borc məbləğinə gündəlik əsasda cərimə hesablanır və bankdakı kredit tarixçəniz korlanır.

Bolkartla ATM-bankomatdan nağd pul çıxara bilərəm?

Bolkartdan nağd pul çıxarmaq “Bank of Baku”-nun elan etdiyi ayrı-ayrı nağdlaşdırma kampaniyaları dövründə mümkündür.

Bolkartla ATM-bankomatdan nağdlaşdırdığım vəsait üzrə ödənişi necə etməliyəm?

Bolkartla nağdlaşdırma kampaniyaları zamanı, nağdlaşdırılmış vəsaitin hansı dövrə qədər əlavə faizsiz qaytarılacağı və nağdlaşdırma zamanı tutulacaq komissiya barədə məlumat elan edilir. Nağdlaşdırılmış vəsait və hesablanmış nağdlaşdırma komissiyası göstərilmiş tarixə qədər tam ödənilməlidir. Lakin bu mümkün olmadıqda, hər növbəti ayın 10-a qədər nağdlaşdırma üzrə yaranmış əsas borc məbləğinin 2,5 %-i həcmində əlavə komissiya haqqı ödəməklə, ödənişləri “İndi al 1 aya ödə” imkanına müvafiq olaraq davam etdirmək mümkündür.

Misal üçün.
Nağdlaşdırma kampaniyası zamanı 200 AZN vəsait nağdlaşdırmısınız. Kampaniya şərtlərinə görə isə nağdlaşdırmaya görə komissiya 3% təşkil edir və nağdlaşdırılmış vəsait sentyabr ayının 10-a qədər ödəndikdə, əlavə faiz nəzərdə tutulmur.

Beləliklə, Siz sentyabr ayının 10-a qədər 200 AZN + 3% (indiki halda 6 AZN) = 206 AZN ödəniş etsəz, əlavə xərc ödəməyəcəksiniz. Xatırladaq ki, nağdlaşdırılmış vəsait və nağdlaşdırılma zamanı tutulan komissiya ilə birlikdə əsas borc məbləğini formalaşdırır. Əsas borc məbləğini sentyabr ayının 10-a qədər tam ödəmək mümkün olmadıqda, sentyabr ayının 11-i əsas borc məbləği üzrə ödənilməmiş hissəyə 2,5% komissiya əlavə ediləcək. Siz oktyabr ayının 10-a qədər ən azı komissiya məbləği qədər (2,5%) ödəniş etməlisiniz. Ödəniş zamanı komissiya məbləğindən əlavə edilmiş ödəniş əsas borc məbləğindən silinəcək. Bu proses əsas borc məbləği tam olaraq ödənənə qədər davam edəcək (maksimum kartın bitmə müddəti üstəgəl 12 ay).

MasterCard loqolu Bolkart vasitəsi ilə qeyri-Bolkart POS terminalları və internetdə onlayn istifadə zamanı yaranmış borc məbləğini necə ödəməliyəm?

MasterCard loqolu Bolkart vasitəsi ilə qeyri-Bolkart POS terminalları (MasterCard-ı dəstəkləyən) üzrə alış-veriş və internetdə onlayn istifadə zamanı yaranmış borc məbləği üzrə ödəniş “İndi al 1 aya ödə” imkanına müvafiq olaraq həyata keçirilir.

Bolkart üzrə kredit ödənişlərini necə həyata keçirməliyəm?

Kredit üzrə borc məbləği hər növbəti ayın 10-na qədər ödənilməlidir. Əgər eyni zamanda bir neçə dəfə istifadə etmisinizsə, o zaman aylıq ödənişləriniz toplanaraq birlikdə ödənilməlidir (misal: 12 aylıq 600 AZN = aylıq 50 AZN və 6 aylıq 180 AZN = aylıq 30 AZN, cəmi ilk 6 ay ərzində 80 AZN, növbəti 6 ay ərzində 50 AZN).

Bolkart üzrə ödədiyim məbləğ ödəniş opsiyaları üzrə hansı ardıcıllıqda silinir?

Ödəniş təqvim ayının ilk 10 günü ərzində və ya ödənişin edilmə tarixindən asılı olmayaraq kredit gecikmədə olarkən həyata keçirildikdə:

– Hesablanmış cərimələrin;
– 1 aylıq ödəniş opsiyası əsasında yaranmış kreditlər üzrə hesablanmış komissiya məbləğlərinin;
– Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) əsasında yaranmış kreditlərin müvafiq ay üzrə ödənilməli olan məbləğlərin;
– Mobil danışıq xətti üzrə istifadə məbləği (yalnız Bolkart-Nar və Bolkart-Bakcell məhsullarında);
– 1 aylıq ödəniş opsiyası ilə yaranmış kreditlərin əsas borclarının;
– Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) üzrə yaranmış əsas borcların ödənilməsi

Ödəniş təqvim ayının digər günlərində kredit gecikmədə olmadığı halda həyata keçirildikdə:

– 1 aylıq ödəniş opsiyası əsasında yaranmış kreditlər üzrə hesablanmış komissiya məbləğlərinin;
– Mobil danışıq xətti üzrə istifadə məbləğinin (yalnız Bolkart-Nar və Bolkart-Bakcell məhsullarında);
– 1 aylıq ödəniş opsiyası ilə yaranmış kreditlərin əsas borclarının;
– Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) əsasında yaranmış kreditlərin müvafiq ay üzrə ödənməli olan məbləğlərin;
– Digər ödəniş opsiyaları (1 aylıq opsiya istisna) üzrə yaranmış əsas borcların ödənilməsi.

Qeyd: Ödəniş opsiyası dedikdə – istifadə olunmuş məbləğin ödənilməsi üzrə aylar başa düşülür. 1 aylıq ödəniş opsiyası – “İndi al 1 aya ödə”, 3 aylıq ödəniş opsiyası – “İndi al 3 aya ödə” və s. imkanlara müvafiqdir.

Ödənişlərdən sonra kartdakı limitim bərpa olunur?

Bəli, hər bir ödəniş məbləği (gecikmələrə görə cərimələr və ödənilmiş komissiya haqları istisna olmaqla) kartda yenidən bərpa edilir.

Mən Bolkartın sms məlumatlandırma xidmətindən necə yararlana bilərəm və bu zaman əlavə haqq tələb olunurmu?

Hər bir Bolkart istifadəçisi avtomatik olaraq sms məlumatlandırma xidmətinə üzv olur. Sms məlumatlandırma xidmətinə üzvlüyə görə və xidmətdən istifadəyə görə heç bir əlavə haqq tələb edilmir.

Bu xidmət Bolkartlılara aşağıdakı üstünlükləri verir:

1. Hər alış veriş etdikdə, Bolkart sahibinin mobil telefonuna alış-veriş etdiyi ticarət subyektinin adı, alış-veriş məbləği və kartda mövcud balansı göstərən SMS daxil olur;
2. Nağdlaşdırma kampaniyaları zamanı mobil telefona nağdlaşdırılan məbləğ və cari balans barədə SMS daxil olur;
3. Bolkart sahibi kartdakı məbləğə nəzarət imkanı qazanır.

Beləliklə, sms məlumatlandırma xidməti sayəsində hər bir Bolkart sahibi kartdakı balansı barədə bankdan operativ məlumat ala bilir.

Bolkartımı itirdikdə və ya kart oğurlandıqda, nə etməli?

Bolkart itirildikdə və ya kart oğurlandıqda ilk öncə kartdan kənar şəxslərin istifadəsini önləmək üçün onu bloklaşdırmaq lazımdır. Daha sonra isə filiallara müraciət etməklə bankın tariflərinə müvafiq olaraq müəyyən haqq ödəyərək yeni kart (dublikat) sifariş etmək olar.

Kartın bloklaşdırılması aşağıda əks olunan nömrələr ilə əlaqə saxlamaqla mümkündür:

– Milli Kart MMC vasitəsi ilə (həftənin bütün günləri – 24 saat ərzində):
*8893, (012) 598-10-02 və (012) 431-22-02

– “Bank of Baku” vasitəsi ilə (iş günləri və şənbə günləri – 09:00-dan 18:00 qədər)
145 və (012) 465-94-43

Bolkart şəbəkəsinə aid olmayan ticarət subyekti nədir?

Standart Bolkartın keçərli olmadığı, lakin MasterCard loqolu Bolkartı qəbul edən yerli mağazalar (məsələn, Zara, Bershka, Music Gallery və s.), o cümlədən xaricdəki istənilən mağaza və internet məkanı.

3 aylıq ödəmə seçimi üçün nə edilməlidir?

Bunun üçün Bolkart MC sahibi alış-veriş zamanı əldə edəcəyi qəbzdə əks olunmuş

1) 6 rəqəmli təsdiq kodunu (məsələn, 634111).
2) “taksit 3” ifadəsini SMS ilə 8145 nömrəsinə göndərməlidir.

Məsələn, 634111 taksit 3.

Bəs internetdə alış-veriş üçün təsdiq kodunu necə əldə etmək olar?

İnternet vasitəsi ilə edilən əməliyyatlar zamanı təsdiq kodunu bankın 145 Məlumat Mərkəzinə müraciət etməklə əldə etmək olar. Gələcəkdə isə alış-verişdən sonra göndərilən SMS mətnində bu informasiya qeyd olunacaq.

Bu seçimdən kimlər faydalana bilər?

Yalnız Bolkart MasterCard sahibləri

SMS nə zaman göndərilməlidir?

Müvafiq SMS alış-veriş həyata keçirilən andan 24 saat ərzində göndərilməlidir. Əks halda, sorğu nəticəsiz qalacaq.

Alış-verişi hissələrə bölmək üçün komissiya dərəcəsi nə qədərdir?

3 aylıq ödəmə seçiminin birdəfəlik komissiya haqqı 4,5%-dir və müştərinin hesabından tutulur.

bolkart.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir