Search
1208

Bir neçə bank dollar ilə pul köçürmə xidmətini dayandırıb

Bakıda yerləşən bankların bəziləri xarici ölkəyə manatı konvertasiya edərək dollarla göndərmək xidmətini dayandırıb.

Verilən məlumata görə, çox az sayda banklarda manatın konvertasiyası ilə dollar köçürməsinin mümkün olduğu bildirilib.

Təhlilçilər deyir ki, banklar milli valyutadan başqa istənilən valyutada əməliyyat aparmaqdan imtina edə bilərlər.

Bankların fəaliyyətinə nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatası isə bəyan edir ki, banklar bu cür əməliyyatları aparmaqda sərbəstdir.

Gürcüstan və Türkiyədə yaşayan azərbaycanlılar isə ölkədəki valyuta dəyişmə məntəqələrində manatı çətinliklə yerli valyuta ilə dəyişə bildiklərini deyir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sözçüsü Rüfət Abbasov bildirib ki, banklar bu cür əməliyyat aparmaqda sərbəstdir və onların biznes strategiyasının çərçivəsində müəyyənləşən, “özlərinin verə biləcəyi” qərardır.

O əlavə edir ki, dolların satışı ilə yanaşı xarici pul köçürmələri etmək istəməyən bankları palata buna məcbur edə bilməz.

BBC




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir