Search
602760_482580

Bill Qeyts TARİXİN ƏN ZƏNGİN İNSANI oldu

Bil Qeytsin avqustun 19-u üçün (son məlumatlar) varidatının  həcmi 90 milyard dollar təşkil edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Bloomberg Billionaires Index hesabat yayıb.
Cümə günün Qeytsin varidatı Canada National Railway Company (Şimali Amerikada ən böyük  dəmiryolu şəbəkəsi) kompaniyasının və Ecolab Inc. (Su və enerji texnologiyalarının yaradılmasında ixtisaslaşıblar) aksiyalarının qalxması hesabına  680 milyon dollar artıb.
Bloomberg-in məlumatına görə, 90 milyard dollar varidat tarixi rekord sayılır. Bu ABŞ ÜDM-nin 0,5 faizinə ekvivalentdir.
Bloomberg-ə ən görə, ən zəngin biznesmenlər siyahısında Qeyts  özündən sonra siyahıda yer alan «Zara» kompaniyasının əsasını qoyan  Amansio Ortequnu 13,5 milyard dollar qabaqlayır.
Forbes jurnalı da  Bill Qeytsi dünyanın ən zəngin biznesmenləri siyahısında birinci yerdə qərarlaşdırıb. Lakin jurnal onun varidatının 78,6 milyard dollar qədərində qiymətləndirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir