Search
Untitled-1

“Beynəlxalq Sığorta” hər hadisəyə görə – 1644 MANAT ÖDƏYİB

“Beynəlxalq Sığorta Şirkəti” yanvar-aprel ayında 4,9 milyon manata yaxın sığrta haqqı toplayıb. Fins.az-ın şirkətdən əldə etdiyi məlumata görə, şirkətin yığımları ötən ilin eyni dövrünə nisbətən 5,93% azalıb. Yanvar-aprel aylarında şirkət üzrə sığorta ödənişlərinin həcmi isə 1,8 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% azdır.

Şirkətdən bildirilib ki, ötən illə müqayisədə Ən çox artım dəmiryol nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb- burada yığım ötən ilki nəticədən 6,2 dəfə çoxdur.
Ən çox azalma avtonəqliyyat vasitələrinin sığortasında qeydə alınıb – keçən ilə nisbətən 2,6 dəfə.

4 ayda şirkət üzrə ümumilikdə 2979 sığorta hadisəsi baş verib – bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,5% azdır. Şirkət hər sığorta hadisəsi üzrə orta hesabla 1644 manat ödəniş edib.
Bu dövrdə şirkətin topladığı hər 100 manat sığorta haqqı müqabilində 3,7 manat sığorta ödənişi həyata keçirilib. Ötən ilin ilk 4 ayında isə bu rəqəm 38,5 manat idi.

Sahələr

Həcmi (manatla)

Ötən iln eyni dövrünə nisbətən fərq (%-lə)

Sığorta yığımları

4 896 063,67

-5,93%

Sığorta ödənişləri

1 797 657,04

-28,21%

Sığorta hadisələrinin sayı

2979

-32,53%

Ən çox artım olan sığorta növü

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

622,38%

Ən çox azalma olan sığorta növü

avtonəqliyyat vasitələrinin sığortası

259.2%




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir