Search
8mart

Beynəlxalq Bankdan xanım müştərilərə 50%-lik endirim

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Beynəlxalq Bankı xanım müştərilərinə xoş bir sürpriz hazırlayıb. 15 fevral tarixindən Bank “İmkanlarınız artır” adlı kampaniyaya start verib. Bankın xanım müştəriləri kampaniya dövründə Bankdan ödəniş kartlarını (VISA Infinite, WorldElite MasterCard və American Express kartları istisna olmaqla) 50% endirimlə ala biləcəklər. Kampaniya artıq ABB-nin müştərisi olan xanımları əhatə edəcək.

Belə bir kampaniyanın keçirilməsində məqsəd müştərilər üçün yeni imkanların yaradılması və müştəri loyallığının artırılmasıdır. Kampaniya 7 mart 2016-cı il tarixinə qədər davam edəcək.

Azərbaycan Beynəlxalq Bankı müştərilərinə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təqdim edir. Bu kartlarla nağdsız ödəniş əməliyyatları aparmaqla yanaşı, müxtəlif elektron bankçılıq xidmətlərindən də faydalanmaq mümkündür. Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarını Bankın filial və şöbələrində sifariş etmək mümkündür.

Beynəlxalq Bank




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir