Search
word-image33

Beynəlxalq Bankdan konsyerj xidməti

Azərbaycan Beynəlxalq Bankı (ABB) “American Express” Platinum kartlarının sahiblərinə konsyerj xidmətini təqdim edir. Bu, dünyanın istənilən məkanında, 24/7 rejimində müştərinin təcili tapşırıqlarını yerinə yetirən, sorğuları cavablandıran, zəruri xidmətlərin rezervasiyası və ödənişində müştərilərə yardım göstərən bir xidmətdir.

Xidmətin istifadəsi çox sadədir: bir telefon zəngi, yaxud elektron məktub lazımi xidmətin cəmi bir neçə dəqiqə ərzində yerinə yetirilməsi üçün kifayətdir.

Konsyerj xidməti “American Express”-in “Aspire lifestyles”la partnyorluğu çərçivəsində təqdim olunur. 1985-ci ildə yaradılmış şirkət 23 əlaqə mərkəzini, 31 özəl klinikanı və dünya üzrə 90.000-dən çox partnyor və provayder şəbəkəsini özündə birləşdirir. Dünyanın 70-dən çox ölkəsində şirkətin nümayəndəlikləri var. Azərbaycan Beynəlxalq Bankının müştərilərinə təqdim etdiyi digər ödəniş kartları kimi “American Express” kartlarını da Bankın filial və şöbələrində sifariş etmək mümkündür.

35 filiala və 43 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir