Search
220377_490086

Beynəlxalq Banka “nəfəs” veriləcək

Bu ilin sonuna qədər Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün pul proqramını, “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nı təsdiq etməlidir.
Bu, prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Fərmanda Azərbaycan Mərkəzi Bankına Maliyyə Nazirliyi ilə birlikdə, Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib.
Fərmanda Maliyyə Sabitliyi Şurasına 2016-cı ilin sonuna kimi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri də təsdiqləmək və tədbirlər planına uyğun olaraq icrasını təmin etmək tapşırılıb.

FaktXəbər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir