Search
photo_47639

Bentley şirkəti 53 milyard piksel icazəli avtomobilin şəklini paylaşıb – VİDEO

Bentley avtomobil şirkəti NASA texnologiyasından istifadə edərək Mulsanne avtomobilinin reklam şəklini paylaşıb.

İlk baxışda bu, San-Fransisko “Qızıl qapıları” məşhur körpüsünün tipik fotosudur. Ancaq böyütmə zamanı Mulsanne avtomobilini bütün detallarda – sürücü, salon və hətta oturacaqda brendin loqotipi də daxil olmaqla görmək olar. Avtoistehsalçı iddia edir ki, reklam şəklinin yaradılması üçün sonradan montaj edilən 70 foto çəkilib. Alınan şəkil 53 milyard pikseldən ibarətdir. Analoji texnologiyanı NASA Marsın panoram fotolarının çəkilməsi üçün istifadə edib. Bentley Mulsanne fotosuna bütöv icazə ilə buradan baxmaq olar.

buro247.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir