Search
1460015029115437765_554x360

“Baş mühasib” – Vakansiya

Azərbaycan Sənaye Sığorta ASC sığorta sahəsində təcrübəli, BAŞ MÜHASİB vakansiyasına iddialı olan namizədləri işə dəvət edir.

Tələb olunan xüsusiyyətlər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• 1 ili sığorta sahəsində olmaqla, baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıqla bilgiləri olan (ACCA sertifikatı olması əlavə üstünlükdür);
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office və BTP, EVHF, B1, B3 hesabat proqramlarını mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli (1 C 8.2);
• Dil bilikləri: ingilis dili – əla, rus dili – orta.

İş barədə məlumat:

• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Baş Mühasib” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir