Search
vaxt-stres

BankOfBaku-da Vakansiya

Vəzifə: Insan Resursları Departamentinin eksperti

Bank haqqında

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 19 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.

Əsas vəzifə və öhdəliklər:

 Elan olunmuş vakansiyalara namizəd axtarışını təşkil etmək (CV-lərin ələnməsi, İQ testin keçirilməsi, müsahibələrin təşkili və aparılması)
 İstiqamətləndirmə proqramını təşkil etmək, o cümlədən, bank haqda ilkin təqdimat, korporativ davranış qaydaları və s haqda giriş təlimlər keçirmək
 Təcrübəçilərlə işin aparılması (təcrübəyə yerləşdirmə, təcrübəçi məmnuniyyətinin ölçülməsi və s)
 Təlim və İnkişaf tədbirlərinin təşkilinə dəstək göstərmək (daxili/kənar təlimlərin təşkili, təlim qiymətləndirilməsinin aparılması)
 Korporativ tədbirlərin təşkilinə dəstək göstərmək
 Görülmüş işlərə dair mütəmadi hesabatlar hazırlamaq

Seçim meyarları:

 Ali təhsil
 Yüksək analitik qabiliyyət
 Yüksək ünsiyyət bacarığı
 Təşkilatçılıq qabiliyyəti
 Məsuliyyət hissi və işləmək həvəsi
 Təşəbbüskarlıq və inkişafa meyl
 Azərbaycan dili -əla, Rus və İngilis dili – yaxşı

Müraciətlər üçün son tarix: 8 noyabr 2015

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini yvseyidli@bankofbaku.com ünvanına göndərə və ya bankın filiallarına təqdim edə bilərlər. Məktubun mövzu qrafasında HR sözünü qeyd etməyi unutmayın!c




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir