Search
hediyyeler

Banklar xanımları unutmadı. Hədiyyələr,silinən faizlər, sürprizlər…

CDB Bank yeni “Kart Mart” kampaniyasına start verdi

Kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəri banka müvafiq sənədlər təqdim etməklə “Kart Mart” kartına sahib ola bilər. Bankdan verilən məlumata görə, məqsəd Mart bayramlarında – 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruzda hər kəsə xərcləmək imkanı yaratmaqdır. Kartda müştəriyə 500 manatadək birdəfəlik istifadə üçün limit təqdim edilir. Limit yalnız nağdsız ödənişlərdə istifadə edilə bilər. Qeyd edək ki, Kart Mart kreditində komissiya 0%-dir. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər. Ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə,www.cdbbank.azsaytına eləcə də Bankın rəsmi facebook səhifəsinəwww.facebook.com/bankcdb daxil olmaqla əldə etmək olar

cdb-bankdan-mart-bayramlari-ucun-yeni-kart_156d41fb80e8a6-xebervar_com

Expressbank-da xanımları  8 martda yaddan çıxartmadı

Expressbank 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xüsusi aksiya təqdim edir. Aksiya çərçivəsində 1 – 7 mart tarixlərində Expressbank-ın kartları xanımlara pulsuz verilir.

Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd Visa Electron / Maestro, Visa Classic / MasterCard Standard və ya Visa Gold / MasterCard Gold kartlarını pulsuz əldə edə bilər. Kartlar 1 il müddətinə verilir. Expressbank kartlarına vəsaiti ExpressPay terminalları vasitəsilə komissiyasız mədaxil etmək mümkündür.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

Expressbank-ın paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinəwww.facebook.com/Expressbank daxil ola bilərsiniz.

taraz.az

“Kapital Bank”-da 8 Marta xanımlara sürpriz etdi

“Kapital Bank” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib.

Bankdan verilən məlumata görə, 1-7 mart tarixləri ərzində “Kapital Bankdan” “Gündəlik tələbat” kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə, xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. “Kapital Bank”dan maaş və ya pensiya alan xanım müştərilər bu güzəştli kampaniyadan faydalana bilərlər.

Faktiki illik faiz dərəcəsi (FİFD) 19,73%-dən başlayan “Gündəlik tələbat” krediti 24 ay müddətinədək verilir. Kreditin maksimal məbləği 15 min manat təşkil edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 4 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın müştəriləri kredit ödənişlərini Kapital Bankın filiallarında, pay.kapitalbank.az saytında və müxtəlif terminallar vasitəsilə həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünwww.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

kapital banknews

Azər Türk Bank isə xanımlara xüsusi təklif hazırladı

Azər Türk Bank müştərilərə təqdim etdiyi ödəniş kartları üzrə yeni kampaniyaya start vermişdir.

Belə ki, Novruz bayramı münasibətilə, 01.03.2016-01.04.2016-cı il tarixləri arasında ödəniş kartı əldə etmək üçün Banka müraciət edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim ediləcəkdir.

Əlavə olaraq, Bank tərəfindən 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə, 01.03.2016-11.03.2016-cı il tarixləri arasında Banka müraciət edən xanımlar və evli cütlüklər üçün də xüsusi təklif hazırlanmışdır. Belə ki, həmin tarixlərdə ödəniş kartları üçün müraciət edən xanımlara xidməthaqqının 50%-i dəyərində endirim ediləcəkdir. Evli cütlüklərə isə hər ikisi ödəniş kartı sifariş etdikdə, ödənişi daha yüksək olan kart 50% endirimlə, digəri isə ödənişsiz təqdim olunacaqdır.

Nəzərinizə çatdırırıq ki, kampaniya etibarlılıq müddəti 1 il olan kartlara şamil edilir.

Həmçinin, Azər Türk Bankın əməkhaqqı kart sahiblərinə təklif olunan “Korporativ” kredit məhsulu nağdlaşdırılan zaman 1% birdəfəlik xidmət haqqı komissiyası tətbiq olunacaqdır.

Bu kampaniya, eləcə də Bankın digər məhsul və xidmətləri barədə ətraflı məlumatıwww.azerturkbank.az saytından, 945 nömrəli Müştəri Xidmətindən və Azər Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə edə bilərsiniz.

 “DəmirBank”-da xanımlara hədiyyə etdi

Hər zaman müxtəlif kampaniyalarla müştərilərini sevindirən “DəmirBank”, bu dəfə də qarşıdan gələn “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə xanımlar üçün hədiyyə aksiyasına start verib.

Aksiya çərçivəsində “DəmirBank” xanımlara ödənişləri asanlaşdıran və təhlükəsizliyi təmin edən plastik kartlar hədiyyə edir. Belə ki, Bankın istənilən filialına müraciət edən xanım müştərilər istəklərinə uyğun olaraq 1 ədəd 1 illik müddətə debet kart (VİSA Electron, VİSA Classic, Maestro və MasterCard Standart) əldə edə bilərlər. Kampaniyanın müddəti 3-7 mart tarixlərini əhatə edir.

Qeyd etmək lazımdır ki, “DəmirBank” müştərilərin internet ödənişlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub. Hər bir ödəniş zamanı, kart sahibinin mobil nömrəsinə avtomatik olaraq SMS  şifrə göndərilir ki, bu əməliyyatların təhlükəsizliyini daha da artırır və vəsaitlərin internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha rahat edir. Həmçinin, Bankın müştəriləri pul vəsaitlətinin göndərilməsi prosesinin sürətləndirən “Card-to-Card” və “Cash by Code” xidmətlərindən istifadə edə bilərlər.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.azdemir 8 mart

Unibank isə hərkəsə Novruz hədiyyəsi etdi

“Albalı Plus” debet kartı pulsuz oldu

BankNews: İndiki dövrdə debet kartı olmadan necə keçinmək olar? Mağazada alış- verişdən tutmuş, bütün iternet ödəmələrində, ölkə xaricində, ölkə daxilində, bir sözlə hər addımda istifadəsi mümkün olan, tələbat duyulan debet kartı hamıya lazımdır. Hələ üstəlik o debet kartından vəsaitinizi heç bir komissiya ödəmədən çıxara bilirsinizsə və hətta bu kart hər manatınıza faiz qazandırırsa, niyə o kartdan sizdə də olmasın? Təbii ki söhbət ölkə kart bazarının unikal məhsullarından olan “ALBALI PLUS” debet kartından gedir. Unibank “ALBALI PLUS” debet kartını hər kəsə pulsuz verirsə, demək indi bu kartı almaq üçün daha bir yaxşı səbəb də var.

Novruz bayramı ilə əlaqədar 30-dək  Unibank filiallarına müraciət edən hər kəs “ALBALI PLUS” debet kartını pulsuz alacaq.

“ALBALI PLUS” debet kart sahiblərinə hansı imkanlar verir?

Pulsuz nağdlaşdırma:
– Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini Unibank bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Çünki “ALBALI PLUS”  debet kartı üzrə nağdlaşdırma komissiyası 0 % təşkil edir.

Unikal depozit kartı:
– Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq, illik 6%-dək gəlir əldə edə bilərlər.

İki beynəlxalq ödəniş sisteminə malikdir:
– Beynəlxalq statusa malik olan ALBALI PLUS debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

Unibank-ın ödəniş terminallarında ALBALI PLUS debet kartınıza daxil etdiyiniz vəsait, iş və ya qeyri iş günlərindən, günün hansı vaxtından asılı olmayaraq həmin an hesabınıza oturur.

“ALBALI PLUS” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən Unibank filialına müraciət edib, mart ayı ərzində kartı pulsuz ala bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.

ALBALI PLUS – arzuları reallaşdıran kart!

Unibank-hər kəsin bankı!debet-novruz

 “Bank of Baku”-dan da Xanımlara hədiyyə gəlir

Bank of Baku, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımlara özəl 2 kampaniyaya start verir.

Bu kampaniyalardan Bankın həm aktiv, həm də xidmətlərindən yeni istifadə edəcək xanım müştəriləri, həmçinin xanımlarını təbrik etmək istəyən əks cinsin nümayəndələri də bəhrələnə biləcəklər.

03-07 mart tarixlərini əhatə edən ilk kampaniya çərçivəsində Bank of Baku-da aşağıda qeyd olunan əməliyyatlardan birini və ya bir neçəsini həyata keçirən xanım müştərilər Bankdan Bolkart Debet (Gənc və ya Ailə) və əlavə olaraq Azercell/Bakcell danışıq kartını HƏDİYYƏ qazanacaqlar:

* əmanət üzrə bütün əməliyyatlar

* kredit ödənişləri istisna olmaqla, kommunal və digər ödənişlər

* pul köçürmələri

* ödənişli kart sifarişləri

* hesablar üzrə əməliyyat

* yeni Bolkart kredit kartının rəsmiləşdirilməsi

* kreditin tam ödənilməsi

a362f7ab9f1761ff457c9c4a17304287_XL

7-8 mart tarixlərində “Budur Gəlir 8 Mart, Baş Rolda Yenə Bolkart” şüarı altında icra olunacaq ikinci kampaniya isə bütün Bolkart kredit kart sahiblərini sevindirəcək.

Qeyd olunan tarixlərdə, Bolkart şəbəkəsinə daxil olan partnyor geyim, aksessuar və parfümeriya mağazalarında alış-veriş edən kart sahibləri 2 qat bonus qazanacaqlar. Üstəlik ödənişlərini 6 aya deyil, 8 aya etmək imkanı əldə edəcəklər.

Kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın Baş İdarə və filiallarına müraciət edərək və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Daha ətraflı:

145 məlumat

mərkəzi www.bankofbaku.com

www.facebook.com/bankofbaku

“Bank of Baku”-nun “Məlumat Mərkəzi”-ndən də hədiyyələr var !

Azərbaycanın bank sektorunda müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Bank of Baku-nun 145 Məlumat Mərkəzi bu gün fəaliyyətinin 9 illiyini qeyd edir.

01 mart 2007-ci il tarixində sektoruna gətirdiyi yeni xidmət – İVR sistemli Məlumat Mərkəzi vasitəsilə, Bank of Baku müştərilərinə xidmət və məhsullarından daha rahat istifadə etmək imkanı yaratdı ki, bu gün gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu imkandan faydalana bilir.

Hər bir müştəri zənginə xüsusi əhəmiyyət verən Bank of Baku, 145 Məlumat Mərkəzinin 9 illiyi münasibətilə mərkəzə zəng edəcək bütün müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətlə yanaşı, bu günə özəl olaraq HƏDİYYƏ də təqdim edəcək. Belə ki, həftəiçi hər gün saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərən 145 Məlumat Mərkəzi ilə bu gün ərzində əlaqə saxlayacaq hər 145-ci zəng sahibi Bank of Baku-dan PULSUZ Bolkart Debet + 50 AZN hədiyyə qazanacaq.

145 Məlumat Mərkəzi müştərilərin zəng,  korporativ saytların (http://www.bankofbaku.com/http://www.bolkart.az/) onlayn məsləhətçi xidməti və bankın sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərini cavablandırır, şikayət və təkliflərini qeydə alaraq operativ şəkildə həll olunmasına dəstək olurlar. Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla müştərilər aşağıdakı xidmətlərdən faydalana bilərlər:

  • 24 saat ərzində operatora qoşulmadan borc haqqında məlumat almaq və ödəniş etmək
  • 24/7 rejimində plastik kartlar üzrə əməliyyatlar, kartın balansı haqqında məlumat əldə etmək, itirildiyi və ya oğurlandığı halda kartın bloklaşdırılması və ya blokdan çıxarılması
  • Kredit və ya zəng sifarişi yerləşdirmək
  • Operatora bağlanmadan səsli mesaj vasitəsilə 3 dəqiqə ərzində irad və təklifləri bildirmək
  • Xidmət, məhsul və kampaniyalar haqqında məlumatın alınması

Orta hesabla bir ay ərzində 120.000 nəfər, gündəlik olaraq 4000 nəfərə yaxın müştəri bu və digər xidmətlərdən faydalanmaq üçün 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayırlar. Hal-hazırda 25 nəfərdən ibarət işçi heyəti ilə xidmət göstərən Mərkəzin gün ərzində cavablandırılan zəng sayı 1500, sosial şəbəkələrdəki müraciətlərin sayı 800, onlayn məsləhətlərin sayı isə 200 nəfəri əhatə edir. Geniş xidmət şəbəkəsinə malik olan 145 Məlumat Mərkəzi müştərilərə təqdim etdiyi yeni – video məsləhətçi xidməti vasitəsilə də müraciətlərini ünvanlamaq imkanı yaradır.

Qeyd edək ki, şəhərdaxili telefonlardan, həmçinin regionlardan 145 Məlumat Mərkəzinə edilən zənglər pulsuzdur. Zəng etmək imkanı olmayan müştərilər, suallarını 8145 qısa nömrəsinə göndərməklə cavablandırılmasını təmin edə bilərlər.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbakubob 145_9il (1) banknews

PAŞA Sığorta şirkəti bu dəfə xanım müştərilərini sevindirməyə tələsir.

Hər zaman müştərilərinin rahatlığını düşünən PAŞA Sığorta şirkəti bu dəfə xanım müştərilərini sevindirməyə tələsir.

Beləliklə 8 mart  Qadınlar günü münasibəti ilə 25 fevral-10 Mart tarixlər arasında PAŞA Sığorta şirkətinə müraciət edərək xanımlar üçün özəl olan PASHA Ladies  avtomobil sığortasını əldə edən hər bir xanım əlavə olaraq 80 manatlıq kupon əldə edir. Bu kuponda olan məbləği xanımlar şəhərimizdə yerləşən bir çox  restoran,  elektronika mağazaları, supermarket, geyim mağazaları, şirniyyat evləri, gözəllik salonlarında xərcləyə biləcəklər.

Nəzərinizə çatdıraq ki, PASHA Ladies özəlliklə xanımlar üçün nəzərdə tutulan ilk və yeganə avtomobil sığortası məhsuludur. PASHA Ladies-i əldə edən bütün xanımlar özəl karta sahib olur və bununla müxtəlif məkanlarda ENDİRİM və ÜSTÜNLÜKLƏRDƏN yararlanmaq imkanı qazanırlar. Əlavə olaraq bildirmək istərdik ki, PASHA Ladies sığorta məhsulu çərçivəsində Sizlər sığorta haqqını hissə-hissə də ödəyə bilərsiniz.

PASHA Ladies  barədə ətraflı məlumat: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://bit.ly/1JgscXj.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.8martkampaniya banknewsaz

Kampaniyalarla bağlı məlumatı taraz.az redaksiyası hazırladı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir