Search
breaching-bank-security

Banklar təhlükəsizlik tədbirlərini gücləndirməli olacaq

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sistemi dünya banklarına məktub ünvanlayıb. Məktubda yeni təhlükəsizlik tədbirləri barədə təlimat yer alıb. Təlimatda maliyyə təşkilatlarının bank sistemində təhlükəsizliyin təmin olunmasında rolu barədə xatırlatma yer alıb.

Xatırladaq ki, bir müddət öncə Banqladeş, Vyetnam və Ekvador bankları haker hücumuna məruz qalıb. Hücum nəticəsində onlarla milyon dollar oğurlanıb. Məsələn, Banqladeş Mərkəzi Bankı 80 milyon dolların oğurlandığını bəyan edib.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir