Search
2e89c610e8243f9cce196c7ba58f718b_XL

Banklar komissiyalardan imtina etməyə başlayır

Azərbaycanda avtomobil kreditlərinin şərtlərinin sərtləşdirilməsi nəticəsində bazarda mövqeyini itirən banklar, kredit verilən zaman tutulan komissiyanı ləğv etməklə və kredit faizlərini endirməklə bu krediti satmağa başlayırlar.

Artıq, Bank VTB (Azərbaycan) “Bank komissiyasına YOX deyək!” aksiyası çərçivəsində avtokreditlər üzrə illik faiz dərəcələrini azaltmışdır. Bankdan “Marja”ya bildirilib ki, komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür. Avtomobil əldə etmək arzusunda olan hər kəs şəxsiyyəti və sürücülük hüququnu təsdiq edən sənədlər əsasında 15 dəqiqə ərzində illik faiz dərəcəsi 15%-dan başlayaraq avtokredit əldə edə bilər.

Qeyd edək ki, avtokreditlərdə ilkin ödəniş 40 faizdən başlayır.

Bank VTB (Azərbaycan) hazırda əsas avtokreditorlardan biridir və ölkənin əsas avtosalonları ilə işləyir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir