Search
70ee45f0542ff57c05d88091a2f73676_L_9798498

Bank VTB “Müştəriyə dəstək” proqramını yenilənmiş versiyada təqdim edir

“Müştəriyə dəstək” güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10 faizini, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15 faizini ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər. Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50 faizə qədər, manat və rublda kreditləri olanlar üçün 30 faizədək azaldılması təklif edilir. Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25 faiz azaltmağa hazırdır.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir