Search
70941

Bank VTB çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab verib. Belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 39 679 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 6 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınıb. 

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinin rəhbəri Ayaz Əhmədov qeyd edib ki, çağrı-mərkəzi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir.  Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olub, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan “onlayn-məsləhət” xidməti vasitəsilə baxılıb.
Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir.
“Cari ildə mərkəz vasitəsilə aktiv satışların gercəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq”, – deyə Əhmədov əlavə edib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir