Search
VTB_Bank_Logo_Albom_110712

Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahiblərinin futbol üzrə dünya çempionatına getmək şansı var

Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahiblərinin VISA beynəlxalq ödəniş sisteminin layihəsi çərçivəsində keçirilən lotereyada uduş sahibi olaraq Rio-de-Janeyro şəhərinə, futbol üzrə Dünya Çempionatına getmək şansları var.

“VISA kartından istifadə et – Braziliyaya səfər et!” kompaniyasının mükafat fonduna 2014-cü ildə Barziliyada keçiriləcək Dünya Çempionatına 2 nəfərlik iki uduş paketi daxildir. Həmçinin, lotereyada FIFA simvolikası qeyd olunmuş 400-ə yaxın həvəsləndirici hədiyyələr də oynanılır.

Rio-de-Janeyroda keçiriləcək ümumdünya futbol bayramına qoşulmaq istəyən Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri öz arzularını gerçəkləşdirə bilərlər. Bunun üçün VISA kartı ilə martın 10-dan aprelin 30-dək Azərbaycan ərazisində və ya xarici ölkədə alış-veriş üzrə ödəniş etmək kifayətdir. Kampaniyanın keçirildiyi dövrdə internetdə aparılan ödənişlər və xarici ölkələrdə vəsaitlərinin nağdlaşdırılması üzrə əməliyyatlar da iştirak edir.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir