Search
technique_texnika_bank_new_logo_201112_1

“Bank Technique”in xidmət şəbəkəsi “TechNetwork” ilə daha yaxın oldu

“Bank Technique” ASC, iOs və Android əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən mobil qurğular üçün yeni mobil əlavəni təqdim edib.

“TechNetwork” adlı əlavə, tez və rahat şəkildə, ən yaxın xidmət nöqtəsini – filial və ya şöbəni, bankomatı (ATM), notariat rüsumları və DYP cərimələrinin ödənilməsi üçün e-kioskları və Bankın pos-terminallarını tapmağa imkan yaradır. Həmçinin, əlavə vasitəsilə əsas valyutaların mübadilə kursunu da real vaxt rejimində öyrənmək mümkündür. “TechNetwork” istifadə rahatlığı ilə seçilir və ən yaxşı nəticəni əldə etmək üçün bir sıra üstünlüklərə malikdir.

Mobil qurğuların sahibləri yeni proqramı artıq App Store və Google Play virtual əlavələr mağazalarından pulsuz yükləyə bilərlər.

App Store – https://itunes.apple.com/app/technetwork/id874873932?mt=8

Google Play – https://play.google.com/store/apps/details?id=com.learnsolve.banktechnique.

Əlavəni, mağazaların axtarış sahəsinə “TechNetwork” və ya “Bank Technique” sözlərini daxil edərək də tapmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir