Search
kohne_bina2

“Bank Technique”in “Nəsimi” filialı yeni ünvana köçüb

“Bank Technique” ASC-nin “Nəsimi” filialı, Bankın filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, bu gündən yeni ünvanda fəaliyyət göstərir. 

Bu barədə kreditxəbərə bankdan bildirilib.

Daha öncə Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., 25 ünvanında yerləşən filial hazırda Səbail rayonu, Xaqani küç., 39 ünvanında yeni konsepsiyaya uyğun təmir olunmuş binaya köçürülüb. 

Bankdan bildirilib ki, xidmət nöqtəsinin şəhərin mərkəzində yerləşməsi çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq. Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir. 

Filialın yeni ünvanını www.banktechnique.az saytındakı Bankın filiallar və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta, buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir