Search
img1707592

Bank sistemində islahatlarla bağlı ciddi problemlər var

“Bank sistemində islahatlarla bağlı ciddi problemlər var”. 

Bunu sayta açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, bankların sağlamlaşdırılması ilə əlaqədar müəyyən addımlar atılmalıdır. Onların mənfəət vergisindən azad olunması ilə bağlı bankların gəlirləri hesablanmalıdır. Mənfəət vergisinin dövlət büdcəsinə nə qədər gəlir gətirməsi hesablanıb vergilər nazirinə məlumat verilib.

V.Əhmədov ölkədə fəaliyyət göstərən bankların sağlamlaşdırılması, dollar kreditlərinin qaytarılması ilə bağlı 14 səhifəlik 8 maddədən ibarət təkliflərinin hökumətə göndərildiyini bildirib.

Onun sözlərinə görə, bank sistemini sağlamlaşdırmaq üçün islahatlara böyük ehtiyac var:
“Lakin bank təşkilatlarının mənfəət vergisindən tam azad edilməli olduğunu deyə bilmərəm. Çünki, bu Vergilər Nazirliyinin Maliyyə Bazarlarının Nəzarət Palatasının nəzarətindədir. Amma bu məsələyə baxmaq lazımdır. Yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə məşğuldur. Hazırda onlar bankların diaqnostikasını aparırılar. Palata tərəfindən müəyyən qərarların qəbul edilməsinə başlanılıb”, – Vahid Əhmədov deyib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları mənfəət vergisindən azad olunmaqla bağlı məsələ qaldırıblar.

Mənbə: SalamNews




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir