Search
1444731680561cdb2099a5e

Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb

Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

“Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız “AGBank” kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq”, – deyə baş bankir bildirib.

“İPOTEKA FONDU ƏLAVƏ MƏNBƏLƏRDƏ PUL CƏLB ETMƏLİDİR”

 

Elman Rüstəmov deyib ki, “Azərbaycan İpoteka Fondu” ASC üçün dövlət büdcəsindən 50 mln. manat ayrılıb. “Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir”.

 

E. Rüstəmov ölkədə İslam Bankının yaradılması ilə bağlı hər hansı müzakirə aparılmadığnı da əlavə edib.

 

 

marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir