Search
banknews

Bank sahəsində yeni jurnalının təqdimatı olub

Bu gün Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyinin təsis etdiyi “Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib.

a34483ae5c3eaa39a1e82b22476af7e7

Təqdimatda millət vəkilləri, bank sektorunun nümayəndələri, iş adamları və QHT təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Milli QHT Forumunun prezidenti Rauf Zeyni açaraq, maliyyə-bank təmayüllü jurnalın və saytın həm Azərbaycan mətbuatı həm bank sektoru həm də QHT sahəsində yeni bir təşəbbüs olduğunu vurğulayıb, jurnalın və saytın əhəmiyyətindən danışıb. Daha sonra “Banking Baku” jurnalının təsisçisi və baş redaktoru Aysel Quliyeva çıxış edərək, nəşrin və saytın əsas məramını açıqlayıb.

5198e4cc9703782abd2d64e290b45264A. Quliyeva bildirib ki, post-neft iqtisadiyyatı dövründə bankların sosial məsuliyyətinin artırılması, vətəndaş-bank münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, yerli sahibkarların və xarici investorların bank-maliyyə savadlılığının artırılması, bu sahədə operativ məlumatların oxuculara çatdırılması üçün belə bir informasiya orqanının yaradılmasına zərurət var. A. Quliyeva jurnalın üç dildə – azərbaycan, rus, və inglis dillərində nəşr edilməsini həm daxili auditoriyaya həm də xarici iş adamlarına informasiya dəstəyi kimi qiymətləndirib.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Millət vəkilləri Şəmsəddin Hacıyev, Əflatun Amaşov,Azay Quliyev, və İlham Məmmədov çıxış edərək jurnal və sayt haqqında öz fikirlərini bölüşüblər, kollektivə tövsiyələrini verib və uğurlar arzulayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir