Search
bank_respublika

Bank Respublika Türkiyənin UPT pulköçürmə sisteminə qoşulub

Bank Respublika Türkiyənin UPT (Universal Payment Transfer) pulköçürmə sisteminə qoşulub.

İndi bankın müştəriləri Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

UPT sistemi Türkiyədə 14.000-dən çox xidmət nöqtəsi ilə sürətli, daha münasib qiymətlə, etibarlı və asanlıqla pulköçürmə əməliyyatlarını mümkün edir.

Bu sistem vasitəsilə bank hesabı açmadan Türkiyəyə sərfəli və təhlükəsiz qaydada pul köçürmələrini ABŞ dolları və avro ilə göndərmək mümkündür.

UPT ilə yanaşı, Bank Respublika hazırda Western Union, Contact, Coinstar, Privat Money, LIDER, Blizko və Monex kimi təcili pulköçürmə sistemləri ilə əməkdaşlıq edir.

Onu da xatırladaq ki, iyulun 1-dən sentyabrın 30-dək Bank Respublika-nın filial və şöbələrində pul köçürməsi edən müştərilər möhtəşəm lotereyanın iştirakçısı olacaqlar. Lotereyanın əsas mükafatları pulu göndərən vəya pulu alan şəxsin yaşadığı ölkəyə 25 ədəd aviabiletidir (gediş-gəlişlə).

Bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı 144 qısa nömrəsinə zəng etməklə və ya rəsmi veb-səhifəsində əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir