Search
bank_respublika_logo_020813

Bank Respublika müştərilərinə endirim etdi

Bank Respublika müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş strategiyasına sadiq qalaraq təklif olunan bank xidmətləri üzrə tarif dərəcələrində endirim edib.

Dəyişikliklərə görə, Azərbaycan Respublikası ərazisində gömrük rüsumları “Bank Respublika”-nın plastik kartları ilə ödənildikdə komissiya haqqı indi 0,1% təşkil edəcək. Bundan əvvəl komissiya haqqı 0,2% idi.

Bundan əlavə, sahibkarlara dəstək məqsədi ilə, Bankın korporativ müştəriləri hesablaşma əməliyyatları zamanı artıq xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunurlar (0,5 % komissiya haqqı tutulurdu).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir