Search
34d7210f4ad664734cf68563ba3aeb40

“Bank Respublika” “Faydalı Kartlar!” aksiyasına start verir

Fəaliyyətinin 22 illiyi ərəfəsində “Bank Respublika” MasterCard Standard və Visa Classic plastik kartları üzrə aksiya keçirir.

Bankdan “kreditxəbər”ə verilən məlumata görə, aksiya çərçivəsində 1-31 may tarixlərində plastik kart əldə etmək istəyənlər MasterCard Standard və Visa Classic kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.

 Həmçinin qeyd olunan kart növlərinin sahiblərinə SMS-notification xidməti 3 ay müddətinə hədiyyə olunacaq. SMS-notification xidmətini aktivləşdirmək üçün kartın sifariş formasında bu xidməti qeyd etmək kifayətdir, ödənişsiz müddət bitəndən sonra xidmət standart tariflə aktiv olacaq.

 Bank plastik kartlarının əlavə üstünlükləri kimi: geniş Cash-in funksiyalı bankomatlar şəbəkəsi, MobilBank və yeni istifadəyə verilmiş “İnternet Şöbə”xidmətlərini qeyd etmək olar.

 Plastik kartları bankın rəsmi səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.

 Bank Respublika – Sizə Faydalı!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir