Search
bob

“Bank of Baku”dan bonus kartlarının sahiblərinə Novruz alış-verişi kampaniyası

 

Novruz bayramı ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün sərfəli alış-veriş kampaniyası elan edir.

Bazar ertəsi bankdan Trend-ə daxil olan məlumata görə, 19 mart 2014-cü il tarixinə qədər Bolkartın keçərli olduğu iri supermarket və mağazalarda alış-veriş edən kart sahibləri, ödənişlərini iki ay sonra etmək imkanı qazanacaq. Beləliklə, kart sahibi alış-verişini martda edib, ödənişini isə may ayında edəcək.

Bolkart sahibləri bu kampaniyadan faydalanıb bayram alış-verişlərini daha rahat həyata keçirə bilərlər.

Hal-hazırda Bolkartın keçərli olduğu 80-dən çox supermarket fəaliyyət göstərir və onlar arasında Bizim Market, Favorit Market, Səbət Market, Araz Market,Rahat Market,Macro Market və Neptunda hər gün minlərlə Bolkart sahibi alış-veriş edir.

Bolkartın keçərli olduğu supermarketlərin tam siyahısı burada: http://www.bolkart.az/?/az/stores/cat/70/
Bu gün 200.000-dən çox Azərbaycan vətəndaşı Bolkartdan bəhrələnir.
Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder
Ətraflı məlumat: www.facebook.com/Bolkart




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir