Search
bobd

“Bank of Baku”-dan “Arayışla gəl, 5%-dək kral endirimi al!” güzəştli kredit kampaniyası!

“Bank of Baku” kreditlərin təminatlılığının artırılması məqsədi ilə “Arayışla gəl, kral endirimi al!” güzəştli kredit kampaniyası elan edir. Kampaniya çərçivəsində iş yerindən arayış təqdim edən bütün muştərilərə nağd kreditə 5%-dək endirim tətbiq edilir.

Əsas məqamlar:

Endirim: 5%-dək

Kreditin məbləği: 15.000 AZN-dək.

Son müddət: 13 fevral 2014-cü ilə qədər davam edəcək.

Tələb edilən sənədlər:

Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən arayış, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı).

Bütün yeni və təkrar müştərilər bu kreditdən faydalana bilər. Arayışlı kreditin məbləği müştərinin bankla əməkdaşlıq tarixçəsindən və iş yerindən asılı olaraq dəyişəcək.

5%-dək endirimli kreditə müraciət etmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərmək (misal, “Baku MMC” yazıb 8145-ə göndərmək) və ya “Bank of Baku”-nun istənilən filialını ziyarət etmək lazımdır.

Qeyd: Bu kampaniya nağd kreditlərə şamil edilir (avtomobil, ipoteka, əmanət və VİP kreditlər istisnadır).

Faiz endirimləri cədvəli:

Мüddət Yeni müştərilər Tarixçəsi formalaşan təkrar müştərilər “Dostlar Klubu”nun Qızıl və Brilliant kart sahibləri
12-23 3% 3% 3%
24-30 3% 3% 4%
31-36 3% 4% 5%

Endirim yalnız 12 ay və daha yuxarı müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir.

Qeyd:

  1. Məqbul tarixçəsi formalaşmayan təkrar müştərilər yeni müştəri kimi nəzərə alınır.
  2. Bankla 36 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər “Dostlar Klubu”-nun Qızıl, 60 ay və daha çox müddət müsbət tarixçəsi olan müştərilər isə “Dostlar Klubu”-nun Brilliant kateqoriyalı müştəriləridir. “Dostlar Klubu” kartını əldə etməyən müştərilər, krediti alan zaman kartını əldə edərək kampaniyanın üstünlüklərindən faydalana bilər.
  3. “Dostlar Klubu” üzvlüyünü yoxlamaq üçün, “DOST boşluq 6 rəqəmli müştəri kodu” nu yazıb 8145-ə SMS göndərmək lazımdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir