Search
1399454693_0001

“Bank of Azerbaijan”ın Sumqayıt filialı bağlandı

“Bank of Azerbaijan”ın üzləşdiyi maliyyə problemləri bankın yerli strukturlarının dağılmasına gətirib çıxarıb.

Bir qədər evvəl yaydığımız xəbərdə qeyd etmişdik ki, “Bank of Azerbaijan”ın baş ofisi ölkənin şəhər və rayonlarındakı şöbə və filiallarını bağlamağa hazırlaşır. Artıq filiallardan birilə bağlı əmr imzalanıb.

“AZERFAX”a bankdakı mənbədən daxil olan məluamata görə, bu gün “Bank of Azerbaijan”ın rəhbərliyi bankın iri filiallarından birinin – Sumqayıt filialının fəaliyyətinin dayandırılması ilə bağlı əmr imzalayıb və bu barədə bildiriş digər şöbə və filiallara göndərilib.

Məlumata görə, bankın digər filialları barədə də analoji amrlər hazırlanır.

Qeyd edək ki, “Bank of Azerbaijan” ciddi maliyyə problemi yaşayır. Bir neçə aydır ki, əməkdaşların məvacibini ödəyə bilməyən bank rəhbərliyi son günlər ərzində 100-ə yazın əməkdaşını ixtisara salıb. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir