Search
banking-jobs_0

Bank mətbuatda yayılan yanlış məlumata aydınlıq gətirdi

Bir sıra KİV-də ,“Muğanbank “ ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılmışdır. Bank buna dair açıqlamasında bildirir: “Bankın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilmişdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılmışdır. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərarın çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Nəticədə “Muğanbank”-ın müraciətinə əsasən bu fakt üzrə –  müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal- hazırda istintaq mərhələsindədir. “Muğanbank”-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmayıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir