Search
1430972514468844389_554x360

Bank filialında vakant iş yeri

“Bank of Baku” Lənkəran filialına “Qərarların icrası şöbəsinin eksperti” vəzifəsinə işə qəbul elan edib. Namizədlər 22-40 yaşında, ali təhsilli olmalı, Azərbaycan dilini əla səviyyədə bilməli, MS Office proqramlarında işləməyi bacarmalıdır. İş təcrübəsi tələb edilmir.

İş barədə məlumat:

– Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası;

– İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili;

– Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi;

– İcra işləri üzrə bazanın yaradılması/işlənməsi;

-İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili;

Maraqlananlar öz CV-lərini hr@bankofbaku.com elektron poçt ünvanına göndərə bilərlər. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Əmək haqqından əlavə bonus ödənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir